13 C
Baku
Friday, November 22, 2024

ATƏT-in Baş katibi Prezident İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib

ATƏT-in Baş katibi Helqa Maria Şmid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Banker.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaq və fürsətdən istifadə edib yeni səlahiyyət müddətinizdə Sizə müvəffəqiyyətlər arzu etmək istərdim.

Daha təhlükəsiz və firavan ATƏT regionu naminə birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu baxımdan, qarşıdan gələn Münxen Təhlükəsizlik Konfransı zamanı Sizi yenidən görmək və təbriklərimi şəxsən çatdırmaq fürsətinə malik olacağıma ümid edirəm.

Azərbaycan və ATƏT arasında mövcud olan uzunmüddətli əməkdaşlığın qarşıdakı aylar ərzində inkişaf etməkdə və möhkəmlənməkdə davam edəcəyinə inanıram.

Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Son xəbərlər
Digər xəbərlər