ATM-lər üçün zərərli proqramların yaradılması (VPO) kölgə internetində ən bahalı haker xidmətidir. Eyni zamanda bu cür proqramlara təlabat təklifin üç qatını aşır. Bu Positive Technologies şirkətinin apardığı tədqiqatda bildirilir.
Tədqiqat göstərir ki, VPO xidmətinin yaradılmasına olan tələbat bu günki gün təklifin üç qatını aşır, onun yayılmasını isə -iki qat. Belə bir vəziyyət, kibercinayətkalrlar arasında tərəfdaş proqramlar tərəfindən daha rahatlıqla əldə edilən , VPO lizinq xidmətləri və paylayıcı modellərin as a service xidməti sayəsində daha əlverişli olan yeni alətlər üçün təlabat haqqında danışmaq imkanı verir.
tədqiqatdan
İnternetin kölgə seqmentinin saytlarında satılan müxtəlif alətlərin və xidmətlərin minimum və orta qiymətini qiymətləndirən mütəxəssislər, bahalı kiberməhsul ATM-lərə məntiqi hücümlar etmək imkanı yaradan VPO olduğu qənaətinə gəliblər. Bu sinif VPO-ların hazırlanma qiyməti 1.5 min dollardan başlayır.
Şirkətin məlumatlarına görə, kriminal kiber xidmət bazarında əsas təlabat mütəmadi olaraq istifadə olunan, VPO-nun inkişafı və yayılması ilə bağlı olan xidmətlərdir (55%). Həmdə geniş istifadə edilən kriptomayerlər (20%), haker alətləri (19%), botnet yaratmaq üçün VPO (14%), uzaqdan istifadə üçün troyan proqramları və troyan-quldurlardır( hər biri üçün -12%).
Ekspertlərin verdiyi məlumata görə, «darknetdə» olan hücüm sorğuların əksəriyyəti saytlarda zəifliklərin axtarışıyla (36%) və elektron poçtdan parol almaqla bağlıdır(32%). Təklif olunan xidmətlərin arasında sosial şəbəkə hesablarına (33%) və elektron poçt hesablarına (33%) hücum liderlik edir. Positive Technologies analitikləri bu cür nəticəni insanların başqalarının yazışmalarına giriş əldə etmək istəyi ilə əlaqələndirirlər.