5 C
Baku
Saturday, December 14, 2024

ATM və ödəniş terminallarına xidmət üzrə mütəxəssis – Bank Respublika ASC

Bank Respublika” ASC “ATM və ödəniş terminallarına xidmət üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-ə yaxın əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• ATM və Ödəniş terminallarının mütamadi proflaktikası və təmiri;
• İnkosassiya prosesində yaranan problemlərin aradan qaldırılması;
• Kasetlətin bir nominaldan başqa nominala dəyişdirilməsi;
• Yeni ATM və Ödəniş terminallarının quraşdırılması, proqramlaşdırılması və monitorinqi.

Namizədə qarşı tələblər:

• Ali təhsil (texniki təhsil arzu olunandır);
• İT sahəsində 1 ildən artıq iş təcrübəsi;
• Format, tam diaqnostika, (Windows7/ 8.1/ 10 nun quraşdırılması və sazlanması üzrə geniş biliklər və iş təcrübəsi);
• Bütün növ proqramları quraşdırmağı bacarmalı;
• MS Outlook, Word, Excel (2003/2007/2010) üzrə yaxşı biliklər;
• ATM və Ödəniş terminallarının iş prinsipinə dair biliklər;
• ATM və Ödəniş terminallarının elektron və mexaniki hissələri barədə biliklər;
• ATM və Ödəniş terminallarının fəaliyyət göstərən proqram təminatının sazlanması, baş verən xətaların müəyyən olunması və aradan qaldırılma üsullarını bilmək;
• Azərbaycan, rus dillərini yaxşı bilməli, ingilis dili yaxşı/orta (texniki səviyyədə) bilməli;
• Ən azı B kateqoriya sürücülük vəsiqəsi;
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
• Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 avqust 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “ATM və ödəniş terminallarına xidmət üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər