-1 C
Baku
Sunday, December 15, 2024

“Atra Bank”ın 2 miloyonluq əmlakına alıcı tapılmadı

Ləğv prosesində olan “Atra Bank” ASC-nin balansında olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospektində  yerləşən 48E nömrəli fərdi yaşayış evi 10 iyul 2017-ci il tarixdə ilkin  satış qiyməti  2 363 250 manat olmaqla açıq hərraca çıxarılıb. Bu barədə Banker.az-a ADİF-dən məlumat daxil olub.

Açıq hərraca cıxarılan əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edildi.

Əmanətlərin Sığortalanması Fondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə   qaydaları”na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracın davam etdirilməsinə qərar verildi.

Son xəbərlər
Digər xəbərlər