12 C
Baku
Wednesday, December 11, 2024

“Atrabank”ın Kreditorlar Komitəsi iclaşı keçirləcək

May ayının 12 saat 15:00–da Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanamsı Fondunun inzibati binasında ləğv prosesində olan “Atrabank” ASC-nin Kreditorlar Komitəsinin iclası keçiriləcəkdir.

“Müvafiq dəvət məktublarını və bildirişləri almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli nümayəndəsi vasitəsilə iştirak olunması xahiş olunur” – deyə məlumatda qeyd edilib.

ADİF-dən Banker.az-a verilən xəbərə görə yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:

1. Kreditorlar Komitəsinin Əsasnaməsi ilə tanışlıq;

2. Kreditorlar Komitəsinin sədrinin seçilməsi;

3. Komitənin iclas katibinin seçilməsi;

4. Komitənin iş planının hazırlanması;

5. Komitənin növbəti iclas tarixinin və gündəliyinin müəyyən edilməsi.

Son xəbərlər
Digər xəbərlər