6 C
Baku
Sunday, December 15, 2024

“ATS Food” MMC-nin nizamnamə kapitalı artırılmaqla 23 mln. manatı ötüb

Azərbaycanda qida bazarında yeni oyunçu “AgroTrade Supply” MMC-nin (ATS) törəmə şirkəti “ATS Food” MMC-yə 3 milyon üzərində əlavə kapital qoyulub.

Banker.az xəbər verir ki, “ATS Food” MMC-nin nizamnamə kapitalı 3.3 milyon manat, yaxud 16% artırılmaqla 23.303 mln. manata çatdırılıb.

“ATS Food” MMC ölkənin qida istehsal edən şirkətlərindən iri “Delta Group Co.” MMC-nin ikiyə bölünməsindən sonra yaradılıb. Şirkətin kapitalı iki hissəyə bölünməklə, onun yarısını “AgroTrade Supply” MMC satın almışdı.

ATS ölkədə aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə əməkdaşlıq edən, alıcılara kənd təsərrüfatı və ərzaq məhsulları təklif edən bir şirkətlər qrupudur. Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirməkdir.

ATS-in strukturuna un dəyirmanı, kombinə edilmiş qüvvəli yemlər zavodu, soya emalı zavodu, 2 çörək zavodu, unlu və qənnadı məmulatları fabrikləri daxildir. Bundan başqa ATS Qrup 11 min hektarda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur.

Son xəbərlər
Digər xəbərlər