2 C
Baku
Saturday, December 14, 2024

“ATS Food” MMC-yə yeni departament direktoru təyin edilib

“ATS Food” MMC-nin Marketinq və Biznesin İnkişafı Departamentinə direktor təyin edilib.

Banker.az-ın məlumatına görə, bu vəzifəyə Fərid Seyidov Mirdamət oğlu gətirilib.

O, 2024-cü ilin 22 may tarixindən etibarən təyin olunub.

Qeyd edək ki, Fərid Seyidov 2022-ci ildən bu günədək “Veysəloğlu” şirkətində Şəxsi Marka Şöbə Müdiri kimi çalışıb.

Fərid Seyidov “Gilan Holding” şirkətində və “Delta Group CO” şirkətində Marketinq Meneceri, “Avrora” və “AZPF CO LTD” şirkətlərində uyğun olaraq Marketinq Meneceri və Marketinq Direktoru kimi vəzifələrdə çalışıb.

 

 

 

Son xəbərlər
Digər xəbərlər