Azərbaycanda qida bazarında yeni oyunçu “AgroTrade Supply” MMC-nin (ATS) törəmə şirkəti “ATS Food” MMC-yə şirkətinə yeni birləşmə və əlavə kapital qoyuluşu ardından nizamnamə kapitalı 58.4 milyon manat yüksəlib.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı cari ilin əvvəlində 23.3 milyon manat təşkil edirdi.
Beləliklə, ilin əvvəlindən nizamnamə kapitalı 35.1 milyon manat və ya 151 faiz artmış oldu.
“ATS Food” MMC 2022-ci ildə ölkənin qida istehsal edən şirkətlərindən iri “Delta Group Co.” MMC-nin ikiyə bölünməsindən sonra yaradılıb. Şirkətin kapitalı iki hissəyə bölünməklə, onun yarısını “AgroTrade Supply” MMC satın almışdı.
Bir həftə öncə isə “Platek Pact” MMC fəaliyyətinə xitam verilərək “ATS Food” MMC-yə qoşulub.