Növbəti tədris ilindən etibarən diplom və attestatlar elektron şəkildə təqdim ediləcək.
Bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.
Vüsal Xanlarovun sözlərinə görə, bu tədris ili başa çatdıqdan sonra bütün təhsil sənədləri yalnız elektron qaydada veriləcək. Keçid dövrü olaraq, bəzi tələbələr və şagirdlər kağız sənədləri əldə edə bilərlər, amma gələn tədris ilindən etibarən yalnız elektron sənədlər olacaq.
İdarə rəisi qeyd edib ki, elektron təhsil sənədlərinin verilməsi daha sürətli, yoxlanılması daha asan olacaq.
Vüsal Xanlarov həmçinin qeyd edib ki, diplom və attestatların elektron şəkildə təqdim edilməsi təhlükəsizlik baxımından da önəmlidir. Belə ki, bu yolla təqdim edilən diplom və attestatların neqativ hallarda istifadəsi mümkün olmayacaq.





