13 C
Baku
Thursday, November 14, 2024

“Audi” 2026-cı ildən elektrikli avtomobillərin istehsalına keçəcək

Almaniyanın “Audi” şirkəti 2026-cı ildən etibarən elektrikli mühərrikli avtomobillərin istehsalına keçəcək.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, daxili yanma mühərrikli modellərin istehsalı 2033-cü ildə tamamilə dayandırılacaq.

Bununla yanaşı, “Audi” ən böyük avtomobil bazarlarından biri olan Çində benzin və dizel yanacaqlı nəqliyyat vasitələrinə olan tələbin 2033-cü ildən sonra da yüksək qalacağını gözləyir. Buna görə brend bu cür avtomobillərin təyin olunmuş tarixdən sonra da yerli bazara buraxmaq imkanlarını nəzərdən keçirir.

Uzunmüddətli perspektivdə “Audi” 2050-ci ilə qədər karbon neytrallığına çatmağı planlaşdırır. Eyni zamanda şirkət yalnız daxili yanma mühərrikli deyil, həm də hibrid avtomobillərin istehsalını dayandıracaq.

Xatırladaq ki, martın 9-da “Audi” Avropada yeni “Q9” krossoverini təqdim edib. Bu avtomobil “MLB Evo” platforması üzərində qurulub.

Son xəbərlər
Digər xəbərlər