20 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

“Audi” 2030-cu ilə qədər daxili yanma mühərrikli avtomobillərin istehsalını dayandıracaq

Screen Shot 2021 09 02 at 14.34.20

“Audi” şirkəti 2023-cü ildə Avropa Birliyində daxili yanma mühərrikli avtomobillərin satışını dayandıracaq.

Banker.az bunu xarici KİV-ə istinadən xəbər verir.

Bunu Berlində keçirilən iqlim konfransında avtomobil istehsalçısının baş direktoru Herbert Düsmann söyləyib.

Bildirildiyi kimi, “yol xəritəsinə” görə, 2025-ci ilə qədər “Audi”nin Avropada 20 elektrikli avtomobil modeli satışa çıxacaq. Bu il şirkət üçün yeni dönüş olacaq: dörd halqanın işarəsi altında təqdim olunan elektromobillərin sayı daxili yanma mühərrikli modelləri üstələyəcək.

2026-cı ildən sonra şirkət Avropa Birliyi bazarına yalnız elektrikli avtomobillər tədarük edəcək. Sonuncu daxili yanma mühərrikli avtomobil də eyni ildə istehsal ediləcək.

“Şirkətin ən son daxili yanma mühərriki indiyə qədər istehsal etdiyimiz ən yaxşı mühərrik olacaq”, – deyə Herbert Düsmann vurğulayıb.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər