23 C
Baku
Tuesday, March 18, 2025

“Audi” 7.5 min işçini ixtisar edir

“Audi” 2029-cu ilə qədər 7 500 iş yerini ixtisar edəcəyini açıqlayıb. Şirkət qeyd edir ki, bu, ortamüddətli perspektivdə ona ildə təxminən 1 milyard avro qənaət etməyə kömək edəcək. İxtisarlar inzibati və inkişafla məşğul olan şöbələrə təsir edəcək.

Avtomobil istehsalçısı bildirib ki, ixtisar planı artıq razılaşdırılıb. Şirkətin qalan işçiləri üçün məşğulluq zəmanəti 2033-cü ilə qədər uzadılacaq. Qeyd edək ki, “Audi” azalan tələb, artan xərclər, Çin şirkətləri ilə rəqabət və digər çətinliklər fonunda ixtisarlar elan edən tək şirkət deyil. Belə ki, daha əvvəl “Volkswagen” 35 000 iş yerini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.

“Porsche” də həmçinin 3 900 işçini ixtisar edir. Beləliklə, “Audi”nin də daxil olduğu “VW” şirkətlər qrupunda ixtisarlar artıq 48 min iş yerinə çatıb. “Audi”nin özü 2019-cu ildən bəri 9.5 min işçini işdən çıxarıb.

Son xəbərlər
Digər xəbərlər