11 C
Baku
Sunday, November 17, 2024

“Audi” Çində 4.5 milyard dollarlıq elektrikli avtomobil fabriki inşa edir

Alman avtomobil istehsalçısı “Audi” Çində 4.5 milyard dollar dəyərində müştərək sərmayə ilə elektrikli avtomobil fabriki inşa edir.

“Audi” və “First Automobile Works” (FAW) şirkətlərinin ortaq layihəsinin təməl qoyma mərasimi Çinin şimal-şərqində yerləşən Cilin əyalətinin paytaxtı Çançun şəhərində keçirilib.

Yüksək investisiya qoyulan bu müəssisə layihəsinin illik 150.000 avtomobil istehsal gücünə sahib olacağı nəzərdə tutulub.

“Audi”nin Çində sırf elektrikli avtomobillər üçün ilk istehsal bazası olan bu obyektin 2024-cü ilin sonunda başa çatdırılaraq istifadəyə verilməsi gözlənilir. Fabrikin ilk istehsalı “A6 e-tron” və “Q6 e-tron” markalarının yüksək səviyyəli modelləri olacaq.

Qeyd edək ki, “Audi”, Çinin böyük avtomobil istehsalçısı “FAW” ilə “NEV”in birgə müəssisəsində böyük paya sahibdir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər