10 C
Baku
Sunday, December 22, 2024

Audi rəsmi olaraq Q8 modelini təqdim edib [video]

Audi şirkəti Çinin Şençjan şəhərində keçirilmiş xüsusi tədbirdə yeni bayraqdar krossoveri olan Q8 modelini təqdim edib. Yeni krossover Audi Q7 modelinin istehsalında istifadə edilən MLB platformasında inşa edilibdir.

Q8 modelinin qabarit uzunluğu 4,99 metr, eni – 2,0 metr, hündürlüyü isə 1,71 metr təşkil edir. Avtomobilin təkər bazasının uzunluğu üç metrdir. Beləliklə, yeni krossover Audi Q7 modelindən 30 millimetr enli və alçaqdır. Audi Q8 modelinin baqaj həcmi 605 litr təşkil edir. Arxa cərgənin qatlanması halında bu rəqəm 1755 litrə qədər artır. Krossoverin konstruksiyasında 15 % alüminiumdan və 14,4 % isti üfürmə ilə formalaşan yüksək sərtlikli poladdan istifadə edilir.

Dizel mühərriki ilə təchiz edilmiş Q8 modelinin çəkisi 2145 kiloqram təşkil edir. Krossoverin aerodinamik müqavimət əmsalı 0,34-ə, klirensi isə 254 millimetrə bərabərdir.

70423 src

Audi Q8 modeli mərkəzi Torsen differensialına malik olan tam çəkiş sistemi və tam idarələnən şassi ilə təchiz edilir. Əlavə ödənişlə yol şəraitindən asılı olaraq klirensi 90 millimetr arasında dəyişən  adaptiv pnevmatik asqını da sifariş etmək olar.

Krossoverin mühərrik çeşidinə tərkibinə 48 voltluq elektrik şəbəkəsi və kəmərli ötrüməsi olan starter-generator daxil olan “yumşaq” hibrid güc qurğuları daxil olacaqdır. İlkin olaraq krossover 340 at qüvvəli 3,0-litrlik benzin (55 TFSI) və 286 at qüvvəli 3,0-litrlik dizel (50 TDI) güc aqreqatları ilə təchiz ediləcəkdir.

Benzin mühərriki səkkiz pilləli avtomatik, dizel aqreqatı isə yeddi pilləli iki muftalı “robotla” tandemdə çalışacaqdır. Audi Q8 50 TDI modeli 100 km/saat həddinə 6,3 saniyəyə sürətlənəcəkdir.

Audi Q8 modelinin salonunda 8,6- və 10,1-düymlük displeylər quraşdırılmışdır. Birinci displey klimat-kontrolun idarə edilməsinə cavabdehdir.

Bundan başqa, avtomobil 12,3-düymlük rəqəmsal cihazlar panelinə də sahibdir. Krossoverin təchizatına işıqdiodlarından işıq texnikası, LTE rabitə standartına və Wi-Fi giriş nöqtəsinə malik olan multimedia sistemi, Bang&Olufsen səs sistemi, adaptiv kruiz-kontrol, dairəvi görüntü sistemi daxildir.

Opsional HD Martix LED fənərləri də əlçatan olacaqdır. 2019-cu ildən smartfon vasitəsi ilə həyata keçirilən qaraja daxil olma funksiyası da təklif ediləcəkdir. Yeni Audi Q8 modelinin Azərbaycan bazarındakı satışlarına 2019-cu ildə start veriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər