15 C
Baku
Friday, September 20, 2024

Audi şirkətinin rəhbəri həbs edilib

Audi şirkətinin rəhbəri Rupert Ştadler dizel qalmaqalı ilə əlaqədar həbs edilib. Bu barədə Volkswagen konserninin nümayəndəsinə istinadən «Reuters» agentliyi xəbər yayıb.

«Həbs haqqında qərar dəlillərin gizlədilməsi ittihamına əsasən çıxarılıbdır», – Münhen prokurorluğundan bildiriblər. Ştadler isə ona qarşı sürülən ittihamları rədd edib. Bir müddət bundan öncə prokurorluq tərəfindən Ştadlerin evində axtarış aparılıbdır. Prokurorluq isə, eyni zamanda, dizel mühərriklərinin zərərli tullantıları barədə rəqəmlərin saxtalaşdırılması ittihamı ilə alman istehsalçısına qarşı istintaqın başlandığını bildirib.

Rupert Ştadler Volkswagen konsernində 1994-cü ildən işləyir. Audi şirkətindəki rəhbər vəzifələri isə o, 2007-ci ildən başlayaraq tutubdur. Prokurorluq, onun şirkətin yüksək səlahiyyətliləri əməkdaşları sırasına alman istehsalçısının zərərli tullantıların səviyyəsini gizlədən aldadıcı proqram təminatının quraşdırmağa başlamasından 2 il öncə daxil olduğunu nəzərə alaraq, Ştadlerin bu işə qarışdığından şübhələnir.

Prokurorluq Audi şirkətinin 2009-cu ildən başlayaraq Avropa və ABŞ-da «aldadıcı» proram təminatı olan 210 minə yaxın dizel avtomobilinin satdığını hesab edir. Hüquq-mühafizə organı istehsalçını «dələduzluqda və məhsulun yeridilməsinin yolverilməz üsullarından istifadə etməkdə» günahlandırır.

BBC-nin dəqiqləşdirdiyinə görə, keçən ay Audi şirkəti 60 min dizel aqreqatlı A6 və A7 modellərinin dizel qalmaqalı işi üzrə keçə biləcəyini boynuna alıb. Alman şirkəti tərəfindən keçən il 850 min avtomobilin «aldadıcı» proqram təminatının mövcudluğunun araşdırılması üçün geri çağırdığı da məlumdur.

autograph.az

Son xəbərlər
Digər xəbərlər