12 C
Baku
Monday, November 25, 2024

“Audi” yeni “A8” sedanını təqdim edib – Fotolar

“Audi” yeni “A8 L Horch” sedanını təqdim edib. Verilən məlumata görə, flaqman avtomobilin satışı premyeradan dərhal sonra, hələki yalnız Çin bazarında başlayacaq.

g1031 02 2

Banker.az xəbər verir ki, avtomobilin uzunluğu 5450 mm-dir (yeni “Maybach” bir qədər uzundur – 5469 mm). Sedanın kapotu altında 8 pilləli “avtomat” və tam örtücülü transmissiya ilə tandemdə işləyən 340 at gücünə malik 3.0 litrlik “V6” turbomühərrik yerləşdirilib.

g1031 02 3

“A8 L Horch” modelinin interyeri də maksimum dərəcədə komfortludur: ventilyasiya, istilik və masaj funksiyası olan oturacaqlar, sensorlu ekranlı konsol və arxa sərnişinlər üçün stəkan qoymaq yeri. Qeyd edək ki, avtomobilin salonu təbii dəri və ağacla işlənib.

g1031 02 1

Yeni sedan Almaniyada istehsal olunacaq, lakin satışlar hələki yalnız Çin bazarında başlayacaq – bu, “Audi” üçün prioritetdir, çünki “A8”lərin 60%-dən çoxu Çində satılır. Avtomobilin gələcəkdə Avropa bazarına da çıxması istisna edilmir.

bacbacec325f19781bccb5afe86f676433ec516b 28c551c4904cc0774870ab39a5e4a59b9f09f6ca 7b939f6a0ad4367acf5916ac4b77450776d08d83 83454ab760ace8da0be9e9dc18ee93cb596da42e

Son xəbərlər
Digər xəbərlər