22 C
Baku
Thursday, September 29, 2022

“Audi” yeni elektrikli avtomobilini təqdim edib – Foto

Alman avtomobil istehsalçısı olan “Audi” yeni elektrikli avtomobilini təqdim edib – “E-Tron GT”.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, bu avtomobil “Porsche Taycan” platforması üzərində qurulub. Ümumilikdə şirkət iki model təklif edir: “E-Tron GT” 4.1 saniyədə 100 km/s, “RS” isə 3.3 saniyədə 245 km/s sürət toplayır.

Audi

Elektrikli avtomobil sürətli şarj funksiyasını dəstəkləyir və istehlakçının dediyinə görə, “Volkswagen Electrify America” kimi şəbəkəyə beş dəqiqə qoşulduqda 100 km məsafəni qət edə bilir.

indir 22

Bundan əlavə, avtomobilin salonunda iki displey quraşdırılıb: 12.3 düymlük rəqəmsal panel və 10.1 düymlük sensorlu ekran.

indir 23

“E-Tron GT” avtomobili 2021-ci ilin yazında Avropada satışa çıxarılacaq. “GT” versiyasının qiyməti 99 800 avrodan, “RS” versiyasının qiyməti isə 138 200 avrodan başlayacaq.

indir 24 indir 25

Son xəbərlər
Oxşar xəbərlər