Son doqquz ayda alman avtomobil istehsalçısı “Audi”nin gəliri 5.5% azalaraq 15.3 milyard avroya düşüb, əməliyyat mənfəəti isə 11 dəfə düşərək 106 milyon avro təşkil edib. Üçüncü rübdə satılan avtomobillərin sayı 16% azalaraq 407.4 min ədəd təşkil edib. Bütövlükdə doqquz ayda bu rəqəm 10.9% azalaraq 1.25 milyon avtomobilə düşüb.
Digər avtomobil istehsalçıları kimi, “Audi” də Çində iqtisadi çətinliklər və yerli markaların şiddətli rəqabəti səbəbindən satışların kəskin düşməsi ilə üzləşib. Bu ilin ilk doqquz ayında şirkətin Çində avtomobil satışı 8.6% azalaraq 479.5 min ədəd təşkil edib.
Həmçinin, “Audi”nin maliyyə nəticələrinə Brüsseldəki zavodun restrukturizasiyası üçün 1.2 milyard avro vəsaitin ayrılması mənfi təsir göstərib – şirkət onun bağlanmasını nəzərdən keçirir.
Ötən həftə məlum olub ki, “Audi”nin daxil olduğu “Volkswagen Group” xərclərin azaldılması proqramı çərçivəsində ən azı üç zavodunu bağlamağı planlaşdırır. “Volkswagen”in əməliyyat mənfəəti üçüncü rübdə 42% azalıb. “BMW” və “Mercedes-Benz” daxil olmaqla digər avtomobil istehsalçıları da avtomobil satışlarının azaldığını bildiriblər.