6 C
Baku
Sunday, December 15, 2024

Audiovizual Şura bir şirkətin lisenziyasını ləğv edib, yeni lisenziyalar verib

Audiovizual Şuranın bu gün keçirilən iclasında yeni lisenziyaların alınması üçün müraciətlər müzakirə olunub.

Şuradan verilən xəbərə görə, Şuranın hüquq xidməti tərəfindən oktyabr-noyabr ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb, daha sonra Şura üzvlərinin müzakirəsinə təqdim olunub.

Şuranın müvafiq qərarları ilə “Sweet TV Group AZ” MMC-yə (operatorun xidmət adı: “Sweet TV”) və “Konnekt” QSC-yə (operatorun xidmət adı: “NNTV”) universal platforma operatoru lisenziyaları, “Konnekt” QSC-yə (provayderin xidmət adı: “NNTV Kinoteatr”) sifarişli yayım xidməti provayderi lisenziyası, “Şou Plus Media” MMC-yə (televiziya redaksiyasının adı: “Show Plus TV”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.

İclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş və hazırda fəaliyyət göstərməyən “Startelecom” MMC-nin lisenziyasının ləğv edilməsi məqsədilə Şuraya müraciəti müzakirə olunub, müvafiq qərar ilə “Startelecom” MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-022 qeydiyyat nömrəli lisenziya ləğv edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər