10 C
Baku
Thursday, December 12, 2024

Audiovizual Şura bu kanalların yayımını 3 saatlıq dayandırır

Audiovizual Şuranın videoformatda iclası keçirilib.

Şuradan verilən xəbərə görə, iclasda Şuranın apardığı monitorinqlər nəticəsində aşkarlanmış “Media FM” radio kanalının efirində “Reklam haqqında” Qanunun, “Space TV” televiziya kanalının efirində isə “Media haqqında” Qanunun tələblərinin pozulması faktları müzakirə olunub.

Belə ki, ümumölkə yerüstü radio yayımçısı olan “Digital Media” MMC-nin “Media FM” radio redaksiyasının efirində 11 may tarixində saat 08.48-də, 15 may 2023-cü il tarixində saat 08.50-də, 09.49-da və 12.50-də “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktları qeydə alınıb.

Bundan başqa, ümumölkə yerüstü televiziya yayımçısı olan “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin “Space TV” televiziya redaksiyasının efirində 12 may 2023-cü il tarixində “Gəl, danış” proqramının yayımı zamanı (saat 13.01-də) “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması faktı aşkarlanıb.

Şura üzvləri aparılan müzakirələrdən sonra hər iki redaksiyaya qarşı yayımın dayandırılması sanksiyasının tətbiq olunmasına yekdilliklə səs veriblər. Beləliklə, Azərbaycan Respublikası Audiovizual Şurasının qəbul etdiyi müvafiq qərarlara əsasən “Media FM” radio redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 23.00-24.00 arası 1 saatlıq, “Space TV” televiziya redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 08.00-11.00 arası 3 saatlıq dayandırılacaq.

Azərbaycan Respublikası Audiovizual Şurası bir daha bütün audiovizual yayımçıları proqramların yayımı zamanı qanunvericiliyin tələblərinə riayət etməyə çağırıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər