İlin sonunadək 16 ümumölkə radio kanalının ölkə üzrə əlçatanlığı təmin olunacaq.
Bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov iyunun 4-də Bakıda onlayn media subyektləri ilə keçirilən “Audiovizual media: normalar, reallıqlar və çağırışlar” adlı dəyirmi masada deyib.
O bildirib ki, hazırda bununla bağlı iş gedir, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə proses davam etdirilir.
F.Novruzov bildirib ki, martın 16-da dan etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramları HD yayımı test rejimində DVB-T2 standartına keçirilib: “İlin sonunadək müsbət nəticələr gözləyirik. 2025-ci ilin sonunadək ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının DVB-T2 yə keçməsi nəzərdə tutulur”.