8 C
Baku
Friday, December 13, 2024

Audit departamenti – Direktor (Parabank ASC)

TƏLƏBLƏR:

–  Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq);
–  Bank auditi sahəsində  minimum 3 illik təcrübə;
–  Microsoft Office proqramlarında işləmə bacarığı;
–  Azərbaycan dili – mükəmməl;
–  Rus dili yaxşı səviyyədə;
–  Ingilis dilini yaxşı səviyyədə;

İŞÇININ VƏZIFƏSI:

–  Mühasibat Ucotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi təcrübəsi
–  Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında biliklər
–  Bank və risklərin idarəolunmasına dair biliklərə malik olmaq;
–  Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olmaq;
–  Əldə olunan məlumatların qorunmasında və saxlanmasında sayıq olmaq;
–  Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyəti;
–  Məsuliyyətlilik;
–  Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
–  Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
–  Hesabatın hazırlanması və yazılması bacarığı.

–  Struktur bölmələrinin hərtərəfli auditinin aparılması (Bakı şəhərində və regionlarda);
–  Aparılmış yoxlamaların qiymətləndirilməsi və hesabat verilməsi;
–  Bankın maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
–  Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi
–  Risklərin qiymətləndirilməsi medotologiyası və risklərin idarə edilməsində prosedurların tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi
–  Aktivlərin qorunması sistemlərininin yoxlanılması və qiymətləndirilməsi
–  Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi
–  Qayda və prosedurların həyata keçirilməsini, qanunvericiliyə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi
–  Bankin icra orqanlarının bankdaxili qaydalara və risklərə nəzarət sistemlərinə (ölçülə bilən və ölçülə bilməyən) əməl etməsinin yoxlanılması və qiymətləndirilməsi
–  Maliyyə və idarəedici məlumatların, o cümlədən xarici istifadəçilərə verilən hesabatların etibarlılığı, tamlığı, düzgünlüyü və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması və qiymətləndirilməsi
–  Elektron informasiya sistemlərinin fasiləsizliyi və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi
–  İdarə heyətinin bankın strategiyasına əməl etməsinin qiymətləndirilməsi
–  Bankda korporativ idarəetmə prosesini qiymətləndirmək və təkminləşdirilməsinə dair tövsiyələr vermək
–  Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi

CV-ləri Audit  departamenti _direktor  mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər