Azərbaycanda müstəqil audit tərəfindən verilmiş rəylərə görə bank sektoru keçən il ümumilikdə 1 mlrd. 183.6 mln. manat xalis mənfəət əldə ediblər.
Banker.az bu barədə bankların audit (IFRS) hesabatlarına istinadən xəbər verir.
Hesabata görə, aktivlərinə görə TOP5-likdəki banklar – müvafıq sıralama ilə ABB 360.08 mln. manat, “Kapital Bank” 239.18 mln. manat, “PAŞA Bank” 218.27 mln. manat, “Xalq Bank” 65.86 mln. manat və “Bank Respublika” 51.38 mln. manat xalis mənfəət əldə ediblər. Beləliklə, TOP5-lik ümumilikdə 934.77 mln. manat xalis mənfəət əldə etmiş olub.