21 C
Baku
Saturday, September 24, 2022

Audit ilə bağlı yeni dövlət standartı qəbul olunub

Müəssisə və təşkilatlarda idarəetmə sistemini daim nəzarətdə saxlamaq, onun effektivliyinin qiymətləndirilməsi və artırılması məqsədilə beynəlxalq standart əsasında AZS ISO 19011:2022 “İdarəetmə sistemlərinin auditinin keçirilməsi üzrə rəhbəredici sənəd” yeni dövlət standartı qəbul edilib.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən təqdim edilən standart layihəsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standart audit proqramının idarə edilməsi və idarəetmə sisteminin auditinin keçirilməsi üzrə təlimatları və prosedurları müəyyən edir.

Son xəbərlər
Oxşar xəbərlər