Azərbaycan Respublikası Audit Palatası bir audit şirkətinə lisenziya təqdim edib, ikisinin lisenziyasını ləğv edib.
Banker.az-ın əldə etdiyi məlumata görə, “AF Audit” Məhdud Məsuliyyətli Cəmiyyətinə 06.07.2021-ci ildən 06.07.2026-dək lisenziya təqdim edib. Şirkətin direktoru Vahabov Adil İdris oğludur.
“Azer Audit” MMC-yə 2026-cı ilə qədər verilən lisenziya isə vaxtından əvvəl ləğv edilib.
Digər lisenziyası ləğv edilən şirkət isə “Kermur Audit və Konsaltinq” MMC-dir. Bu şirkət rəhbəri isə Vahabov Adil İdris oğludur. Hansı ki, yeni lisenziya alan şirkətin rəhbəridir.