1 C
Baku
Saturday, December 14, 2024

Audit standartlarının hazırlanması müzakirə edilib

Hesablama Palatasının İcmal-analitik şöbənin İcmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyev MDB iştirakçısı olan ölkələrin Ali maliyyə nəzarəti orqanları şurasının Əsas Milli Göstəricilər üzrə Ekspert qrupunun 2017-ci il 13-15 iyun tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən 10-cu iclasında iştirak edib. İclasda həmçinin Rusiya Federasiyası, Qırğızıstan Respublikası, Belarusiya Respublikası, Qazaxıstan Respublikası Ali Audit Qurumlarının əməkdaşları təmsil olunub.

10-cu iclasda  qeyd edilən əsas məsələlər “Əsas Milli Göstəricilər” üzrə INTOSAI-ın işçi qrupu tərəfindən iki “Əsas Milli Göstəricilər” və “Dayanıqlı İnkişaf Məqsədləri” istiqamətdə audit standartlarının, həmçinin MDB işçi qrupunun rəhbəri olaraq Rusiya Hesablama Palatasının “Makroproqnoz göstəricilərinin auditi” qaydalarının hazırlanması ilə bağlı olub.

Qeyd edək ki, müzakirələrin nəticəsi olaraq mövcud formatda əməkdaşlığın davam etdirilməsi, növbəti mərhələdə informasiya bazası yenilənməsi və Əsas Milli Göstəricilər üzrə metodologiyanın işlənməsi qərara alınıb.

MənbəBBN
Son xəbərlər
Digər xəbərlər