22 C
Baku
Monday, August 15, 2022

Auditor kimdir və bu peşəyə kimlər yiyələnə bilər?

Auditor fəaliyyəti sahibkarlıq fəaliyyətinin növlərindən biridir. O, iqtisadi subyektlərin mühasibat və maliyyə hesabatlarının müstəqil şəkildə yoxlanılması ilə məşğuldur.

Auditor fəaliyyətinin əsas məqsədi maliyyə və mühasibat hesabatlarının etibarlılığını təmin etmək, eləcə də müxtəlif maliyyə və təsərrüfat əməliyyatlarının mövcud qanunvericiliyə uyğun olub-olmamasını yoxlamaqdır. Qeyd etmək lazımdır ki, auditorlar və audit firmalar sahibkarlığın digər növləri ilə məşğul olmaq hüququna sahib deyillər.

Auditor yoxlamaları məcburi və könüllü ola bilər, axırıncı halda o yoxlamanın həyat keçirildiyi müəssisənin özünün qərarı əsasında aparılır. Bir sıra hallarda bu reklam xarakteri daşıyır və iri miqyaslı çatışmazlıqlar isə müəssisənin bankrotlaşdığı ərəfədə aşkar olunur.

Auditor yoxlamalarını həm fiziki, həm də hüquqi şəxslər (auditor firmaları) həyata keçirə bilər. Lakin hər ikisi yalnız lisenziya aldıqdan sonra auditor fəaliyyəti ilə məşğul ola bilərlər. Fiziki şəxslər auditor fəaliyyəti ilə yalnız Azərbaycan Respublikası Auditorlar Palatasına müvafiq sənədləri təqdim etdikdə məşğul ola bilərlər.

Lisenziyanı almaq üçün fiziki şəxslər – ərizə, fəaliyyət növü, Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq edən şəxsiyyət vəsiqəsi, ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənəd, lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlərin surətlərini təqdim etməlidir. Onlar sərbəst auditor imtahanlarını vermək üçün mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə azı üç il iş stajına malik olmalıdır. Tamah məqsədilə cinayət törətmək üstündə məhkum olunmuş və məhkumluğu ödənilməmiş şəxslər auditor ola bilməzlər.

Bir çox iri şirkət və holdinqlərdə daxili audit mütəxəssisləri mövcuddur. Bu tip öhdəlikləri olan insanları əvvəldə olduğu kimi indi də mühasib-müfəttiş adlandırırlar.

Yüksək əməkhaqqına ümid bəsləyən ixtisaslı auditorlar həm yerli, həm də qərb mühasibat sistemini – GAAP-i bilməlidir. Nadir hallarda İAS bilikləri tələb olunur. Axır vaxtlar ixtisaslı kadrlardan SUN mühasibat proqramına (yerli mühasibat sistemindən qərb standartlarına keçidi təmin edən avtomatlaşdırılmış sistem) dair biliklərin olması tələb olunur.

Baş mühasibdən fərqli olaraq, auditor fəaliyyəti müəssisələrə ezamiyyətlə bağlıdır – bu zaman mühasibat və maliyyə hesabatları yerindəcə yoxlanılır.

Böhran nəticəsində auditor firmalarının fəaliyyətlərinin həcmi kəskin şəkildə aşağı düşdü. Lakin bununla yanaşı, xarici auditor şirkətlərinin nümayəndəliklərində və xarici kapital vasitəsilə yaradılmış müəssisələrin daxili auditində çalışan daha ixtisaslı mütəxəssislərin əməkhaqqıları 800-1500AZN civarında dəyişir. Ümumilikdə demək olar ki, bir çox sahələrdə olduğu kimi auditor fəaliyyətində böhrandan sonra orta əməkhaqqı normaları formalaşmayıb.

Son xəbərlər
Oxşar xəbərlər