10 C
Baku
Thursday, March 6, 2025

Auditorlar Palatası: 11 auditor minimum dəyər tələbini pozub

Bu ilin yanvar ayında aparılmış monitorinq zamanı “Auditor xidmətlərinin dəyərinin minimum hədlər”inə 7 auditor təşkilatı və 4 sərbəst auditorun “Auditorun şəxsi kabineti” sistemində qeydiyyata alınmış 14 müqaviləyə əsasən əməl etmədiyi müəyyən olunub.

Bu barədə Auditorlar Palatasının aylıq monitorinq hesabatına istinadən xəbər verilir.

Sənədə əsasən, “Bakı Hesabat Mərkəzi”, “Davud Mamedov”, “Forum”, “Elvi Audit Finans”, “KH.J.A Audit-Consulting Xidməti” və “Professional Financial Experts” MMC-lərin hər birinin bağladığı 1 müqavilə; “RM Audit” MMC-nin bağladığı 4 müqavilə, sərbəst auditorlar Abbasov Çingiz Abbas oğlu, Alıyev Köçəri Əmrah oğlu, Əliyev Natiq Firuddin oğlu və Hacı-Əzizov İlham İsfəndiyar oğlunun hər birinin bağladığı 1 müqavilədir.

Adları qeyd edilən 11 auditordan izahat alınıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər