Auditorlar Palatası daha iki audit şirkətinə lisenziya verib

Azərbaycan Respublikasının Auditorlar Palatasının qərarı ilə daha iki şirkətə bazarda iştirak üçün lisenziya təqdim edilib.

Banker.az xəbər verir ki, qərara əsasən “A. R AUDİT AND CONSULTİNG SERVICES” MMC və “KPM Audit and Services” MMC-yə lisenziya təqdim edilib.

“A. R AUDİT AND CONSULTİNG SERVICES” MMC-nin direktoru Rəsulov Anar Şərif oğludur. Audit şirkəti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Axundov küçəsi, ev 42 ünvanında qeydiyyatdadır.

“KPM Audit and Services” MMC-nin baş direktor Zamanlı Rəvanə Ayaz qızıdır. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, H. Əliyev prospekti, ev 95/2, mənzil 16 dövlət qeydiyyatındadır.

Son xəbərlər
Digər xəbərlər