9 C
Baku
Wednesday, November 6, 2024

Auditorların səhvi nəticəsində dəyən zərərin ödənilmə qaydası (sığorta münasibətləri)

Bu yazımızda hüquqi şəxslərin fəaliyyətində rolu oynayan və fəaliyyətləri qanunvericiliyə uyğun olaraq tənzimlənən auditorların peşə məsuliyyətinin icbari sığortası barədə mühüm məsələləri izah etməyə çalışacağıq.
Mövzuya keçməzdən əvvəl qeyd etmək yerinə düşərdi ki, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş auditorlar tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – fiziki şəxslər 30 AZN, vəzifəli şəxslər 80 AZN, hüquqi şəxslər isə 200 AZN məbləğində cərimə edilir. Cərimə ödənilməsi rayon-şəhər məhkəmələri tərəfindən müəyyən edilir.
Auditorların peşə məsuliyyəti aşağıdakı hallarla əlaqədar sığorta olunur:
1) auditor xidməti sahəsində qəbul edilmiş normativ hüquqi aktların, standartların, qaydaların tələblərinin pozulması;
2) mühasibat (maliyyə) və vergi hesabatlarında təhrif olunmuş məlumatların və səhvlərin aşkar edilməməsi;
3) aşkar edilən səhv və təhriflərin aradan qaldırılması üçün düzgün tövsiyələrin verilməməsi;
4) işlərin keyfiyyətsiz görülməsi və (və ya) yerinə yetirilməsi müddətinə riayət edilməməsi;
5) məxfilik prinsipinin pozulması.
Göstərilən 5 haldan hər hansı biri baş verdiyi təqdirdə, zərərə məruz qalmış və auditor xidməti göstərilməsi barədə müqaviləsi olan fiziki və ya hüquqi şəxs sığorta ödənişi almaq hüququ əldə edir.
Bununla yanaşı qeyd etmək yerinə düşərdi ki, həmin bu 5 hal auditorla bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifələrin auditor tərəfindən deyil, müqavilə tərəfi olan fiziki və ya hüquqi şəxs tərəfindən yerinə yetirilməməsi nəticəsində baş verərsə, həmçinin müvafiq dövlət orqanlarından və digər əlaqəli tərəflərdən alınmış məlumatlar auditorun səhv rəy verməsinə səbəb olarsa, bu halda auditorun peşə məsuliyyəti yaranmır və sığorta ödənişi verilmir.
 
master online en gestion de la calidad iso 90012015 y auditor interno
Auditorun peşə məsuliyyəti ilə əlaqədar sığorta şirkətinin öhdəliyini nəzərdə tutan sığorta məbləği sığorta müqaviləsinə əsasən müəyyən edilir. Bununla yanaşı qanunvericiliyə əsasən fiziki şəxs auditorların peşə məsuliyyəti üzrə sığorta məbləği 1000 AZN-dən, hüquqi şəxs auditorların peşə məsuliyyəti üzrə sığorta məbləği isə 3000 AZN-dən az ola bilməz.
Mövzu çərçivəsində onu da qeyd etmək lazımdır ki, göstərilən 5 halın hər biri üzrə auditorla bağlanmış müqaviləyə əsasən onun xidmətləri nəticəsində zərərə məruz qalmış fiziki və ya hüquqi şəxsin zərərinin məbləği və çəkdiyi birbaşa xərclərini təsdiq edən sənədlər də sığorta şirkətinə təqdim edilməlidir.
Bu sığorta növünün daha bir spesifik xüsusiyyəti isə ondan ibarətdir ki, sığorta müqaviləsi müddətində heç bir hadisə baş verməz və sığorta şirkəti tərəfindən heç bir sığorta ödənişi edilməzsə, auditorun ödədiyi sığorta haqqının 10%-i ona geri qaytarılır.
Son xəbərlər
Digər xəbərlər