12 C
Baku
Monday, November 25, 2024

Auditorun qanunsuz əməlləri ifşa edilmişdir

Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının direktor-auditorunun qanunsuz hərəkətlərə yol verməsinə dair material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılmışdır.

Araşdırma zamanı təşkilatın direktor-auditoru Natiq Məmmədovun Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsində əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər