22 C
Baku
Saturday, June 25, 2022

Autizmli xəstələr üçün bank tətbiqetməsi yaradılır

Almaniyanın məşhur Deutsche Bank bankı Autistica xeyriyyə təşkilatı ilə birgə 24 saatlıq hackathon (hackathon  – proqram təminatı yaradıcılarının forumudur və müxtəlif sahələrin proqram təminatı yaradıcıları birlikdə eyni problemin həlli üzərində işləyir) elan edib.

Hackathonun təşkil edilməsində əsas məqsəd autizm xəstəliyindən əziyyət çəkən insanların həyəcan hissinin öhdəsindən gəlməsinə kömək edən tətbiqetmənin yaradılmasıni müzakirə etmək olub.

Bankın texnologiya və dizayn sahəsində çalışan 150 eksperti mobil tətbiqetmənin prototipinin yaradılmasına haqq qazanmaq uğrunda mübarizə aparacaq. Ekspertlərlə birgə layihə üzərində autizmli tələbə və internər də işləyəcək.

Son xəbərlər
Oxşar xəbərlər