25 C
Baku
Monday, April 29, 2024

“Auto Azərbaycan” tikinti şirkətini məhkəməyə verib

“Auto Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti şirkəti olan “Akelik Group” Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib.

Banker.az-ın məlumatına görə, “Auto Azərbaycan” MMC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.

Məlumat üçün bildirək ki, 6 sentyabr 2018-ci il tarixində “ALKE İnşaat Sanaye və Ticaret” ASC-nin təsisçiləri şirkətdə struktur dəyişiklikləri etməyi qərara alıblar. Şirkətin adı “ALKE İnşaat Sanaye ve Ticaret” ASC-dən “Akelik Group “ASC-yə dəyişdirilib.

Qeyd edək ki,  “Auto Azərbaycan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən “NAB Holding”ə daxildir. “Hyundai” avtomobil markasının rəsmi eksklüziv distribütorudur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər