14 C
Baku
Monday, March 31, 2025

“Avant Group” təbiətə 100 minlik ziyan vurdu

Bakının Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən araşdırılıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Məlumata görə, araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan “Avant Group” MTK tərəfindən kəsildiyi və təbiətə 117 060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.

Son xəbərlər
Digər xəbərlər