Davamlı ünsiyyət dövrünü yaşayırıq. Sonsuz rəqəmsal dünyaya çıxış, həyat tərzimizi həm yaxşıya, həm də pisinə dəyişdirdi.
Çox vaxt insanlar şikayətlənirlər – internet onların diqqətini yayındırır, vaxtını boşu-boşuna “yeyir”. Nəticədə insanlar daha tez-tez darıxmağa başlayırlar. New York Times “Qoy uşaqlar darıxsınlar” adlı məqalə dərc edilmişdir. Yazıçı Jenny Odell isə bu haqda “Necə edək ki, heç nə etməyək: diqqət iqtisadiyyatına müqavimət” adlı kitab yazıb.
Buna baxmayaraq, darıxmaq bəzən çox xeyirli ola bilər. Cansıxıcılıq nədir və yaradıcılıq prosesinə necə təsir edir?
Cansıxıcılıq – demək olar ki, hər birimizin vaxtaşırı keçirdiyi hissdir. Merriam-Webster-in fikrincə, cansıxıcılıq – “marağın olmaması səbəbindən yorğunluq və narahatlıq hissidir”. Tərifə görə, bu, mənfi təcrübədir.
Cansıxıcılıq hissini keçirəndə “dünya ilə bağlılığın olmaması” na görə pis oluruq, deyə neyrobiologiya Universitetinin professoru Waterloo James qeyd edir. Laqeydlikdən qaynaqlanan apatiyadan fərqli olaraq, cansıxıcılıq məqbul ifadə yollarını tapmayan mənalı fəaliyyətə və ya iştiraka can atır.
Kalgari Universitetinin klassika və din kafedrasının professoru olan Piter Tuxi sıxıntını əsas iki kateqoriyaya bölür: 1) situasiyadan asılı olaraq yaranan sıxıntı, müvəqqəti xarakter daşıyır, bu hissi demək olar ki hər gün yaşayırıq. 2) ekzistensional sıxıntı, boşluq, təcridçilik və laqeydlik kimi ifadə olunur, depressiya ilə sıx əlaqəlidir.
Sıxıntı ilə mübarizə aparmağın yollara gəldikdə, aşağıdakıları qeyd etmək olar:
Bu, xəyal etmək ilə eyni deyil. Əgər sıxıntı passivdirsə, xəyallar aktiv təcrübəyə çevrilə bilirlər. “Həyata qarşı açıq olub xəyal etmək – maraq oyatmağın əsas üsullarından biridir”, – deyə Eva Hoffman “Necə darıxmaq lazımdır” ((How to Be Bored) kitabında yazır.
Çox vaxt biz rəqəmsal qurğulardan istifadə etməyin tərəfdarı olmuruq, çünki belə olan təqdirdə özümüzü beynimizin istirahət edə biləcəyi vaxtdan məhrum etmiş oluruq. Tıxacda oturub gözləmək mənasızdır və yorucudur. Lakin xəyal etsəniz, qəflətən ağlınıza maraqlı ideya gələ bilər.
Əslində, arada özünüzə fasilə versəniz, pis olmaz. Rəqəmsal qurğular bizim diqqətimizi müvəqqəti olaraq yayındırsa da, bizi cansıxıcılıqdan qurtara bilmirlər.
Xəyallardan fərqli olaraq, cansıxıcılıq ilə yaradıcılıq arasında olan əlaqə sual altındadır. “Necə darıxmaq lazımdır” kitabında Hoffman hər səhər-səhər özünə düşünmək üçün vaxt ayıran kompozitor haqqında bəhs edir. Onun fikrincə, vaxtaşırı tənbəllik yaradıcılıq prosesi üçün çox önəmlidir.
Hoffman deyir ki, biz hamımız ondan nümunə götürməliyik, özümüzə xəyal qurmaq üçün vaxt verməliyik.
Həqiqətən də, xəyallar ilə incəsənət sahəsində üzləşdiyimiz problemlərin həlli arasında sıx əlaqə vardır. Bu, romanist Gabriel Jose de la Concordia və digər görkəmli şəxslərin tədqiqatları ilə təsdiq olunur.
Mütəxəssislərin fikrincə, cansıxıcılıq və yaradıcılıq arasındakı əlaqə çox da əhəmiyyətli deyil. Onlara görə, çox vaxt insanlar cansıxıcılığı xəyalpərəstliklə səhv salırlar.
Uşaqlarınıza darıxmağa imkan verin.
“Məktəbi bitirəndən sonra fabrikdə işləməyə başladım. Eybəcər köynəklərin şəkillərini braşurların üzərinə yapışdırırdım. Əllərim kleyli olurdu, köynəklər isə gözümdə eyni görünürdü. Mənim başqa çıxış yolum yox idi və mən xəyal qurmağa başladım. İnsan darıxanda xəyal qurmağa başlayır”, – deyə James qeyd edir.
Cansıxıcılıq sizin üçün çox vacib xəbərdarlıq əlaməti rolunu oynaya bilər. Cansıxıcılıq yaradıcılıq ilə birbaşa əlaqəli olmasa da, yaradıcılığın yaranmasına kömək edə bilər. “Duyğular insanlara kömək edir – onlar daha çox şeyi çatdıra bilirlər”, – deyə Tuxi qeyd edir. Cansıxıcılıq bizi motivasiya edir. hərəkətə gətirir.
Əgər canınız sıxılırsa, həyatınızda hər hansısa dəyişikliklər etməlisiniz. Cansıxıcılıqdan daha yaradıcı və məhsuldar olmaq üçün necə istifadə etmək olar? Birincisi, panikaya düşməyin. “Niyə özümü belə hiss edirəm?” sualına cavab verin. Bəlkə, işdə bir istiqamət görə bilmirsiniz? Bəlkə istirahət günləri üçün heç bir məqsəd qoymamısınız? Cansıxıcılıq predmetsizdir və sizə nə etməli olduğunuzu diktə etmir.
O, sizə ehtiyac duyduğunuz dəyişikliklərə işarə edə bilər. Özünüzü dinləyin, səbəbi öyrənin. Hazırkı vəziyyətdə sizi nə qane etmir?