Qida Təhlükəsizliyi İnstitutu “Avaz Group” MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə laboratoriyalar üçün reaktiv, dəst, standartlar, ləvazimatlar və s. satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 3 788 906 manatdır.
Qeyd edək ki, “Avaz Group” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi Mədət Sadıqovdur.