7 C
Baku
Thursday, December 12, 2024

Average true range

Müəllif: Müstəqil treyder Rüfət Axundov

Average True Range (ATR) J. Welles Wilder tərəfindən hazırlanmış volatilliyi ölçən indikatordur.

Bir çox digər indikatorlarda olduğu kimi, Wilder bu indikatoru hazırlayarkən əsasən əmtəə qiymətlərindən və gündəlik zaman intervalından istifadə etmişdir. Adətən əmtəələrdə volatillik səhmlərin qiymətindəki volatillikdən daha yüksək olur. Bundan əlavə, əmtəə bazarında tez-tez gap-lərə rast gəlinir. Əgər volatilliyin ölçülməsi üçün yalnız maksimum-minimum arasında olan məsafə nəzərə alınsaydı, gap-lərin yaratdığı boşluqlara görə hesablamanın nəticəsi yanlış olardı. Bu problemi həll etmək üçün Wilder ATR indikatorunu yaratmağı qərara aldı.

Qeyd etmək lazımdır ki, ATR qiymətin istiqamətini göstərmir.

TRUE RANGE

Wilder öz işinə True Range adlanan anlayış ilə başladı. True Range aşağıdakı yollarla müəyyən edilir.

  • Üsul 1: Cari maksimum – cari minimum
  • Üsul 2: Cari maksimum – öncəki bağlanış qiyməti (mütləq dəyər)
  • Üsul 3: Cari minimum – öncəki bağlanış qiyməti (mütləq dəyər)

Wilderi bazarda qiymətin istiqaməti maraqlandırmırdı. O sadəcə olaraq 2 nöqtə arasında olan məsafəni öyrənmək istədiyi üçün mütləq dəyərlərdən istifadə edərək müsbət rəqəmlər əldə edirdi.

Əgər cari dövrün maksimumu öncəki dövrün maksimumumdan yüksək və minimumu öncəki dövrün minimumumdan daha alçaqdırsa o zaman cari müddətin maksimumu və minimumu arasındakı məsafə True Range adlanır.

Belə bir qiymət formalaşmasına eyni zamanda “Outside Day” deyilir. Bu hesablama şəkildə üsul 1-də göstərilən hesablamadır.

Üsul 2 və 3 isə gap və ya “Inside Day” baş verdikdə işlədilir. Əgər öncəki müddətin bağlanış qiyməti cari maksimumdan yüksək və ya cari minimumdan alçaq olarsa buna “gap” deyilir.

HESABLANMASI

Average True Range 14 dövrlük müddətə əsasən hesablanır. Bu dövrlər həm gün içi (dəqiqəlik, saatlıq və s) həm də gündəlik, həftəlik və aylıq zaman intervalları üzrə nəzərdə tutula bilər. 14 dövrdən ibarət gündəlik zaman intervalı üzrə bir misal götürək:

Bu dövrdə birinci gün üçün hesablanan True Range maksimum və minimum arasındakı fərqdir. Son 14 gün üçün Average True Range isə bu 14 gün ərzində qeydə alınan True Range-lərin ortalama qiymətidir. Bundan sonra Wilder nəticəni yuvarlaşdırmaq üçün əldə etdiyi qiymətə öncəki dövrün Average True Range dəyərini daxil etməyi qərara aldı.

Cari ATR = [(Öncəki ATR x 13) + Cari TR] / 14

– Son 14 günün ATR dəyəri 13-ə vurulur.
– Hasilə cari günün TR dəyəri əlavə olunur.
– Nəticə 14-ə bölünür.

415389 233927976713103 496829865 o

581230 233928116713089 1982284394 n

ATR indikatorundan müxtəlif cür istifadə oluna bilər. Bu istifadə qaydalarından ən geniş yayılmışı stop əmrlərinin ölçülərinin müəyyən edilməsiylə bağlıdır. Treyderlər, əməliyyatları üçün nəzərdə tutduqları stop əmrlərini yerləşdirərkən ATR indikatorundan istifadə edə bilərlər. ATR, stop əmrlərinin həcmini təyin etməkdə bizə yardımcı ola bilər.

Məsələn, bazarda volatillik yüksək olanda stopların vaxtından əvvəl və yararsız yerə işə düşməyinin qarşısını almaq üçün iri stoplardan istifadə etmək daha məqsədə uyğundur. Volatillik az olanda isə, daha kiçik stoplardan istifadə edərək əməliyyat üçün nəzərdə tutulan riski minimuma endirmək daha sərfəlidir.

Bəzi cütlüklər digərlərinə nisbətən daha sürətlə hərəkət edir. Və daha çox məsafəni fəth edirlər. Məsələn EUR/USD və GBP/AUD. Bu səbəbdən hər cütlük üçün eyni miqdarda stop ölçüsü nəzərdə tutmaq məntiqsizdir.

ATR indikatorundan istifadə edərək stop əmrlərinin yerini təyin etmə:

Adətən stop əmrləri (pip sayına əsaslanaraq ölçü nöqteyi-nəzərdən) ATR göstəricisindən 2 dəfə daha çox olmalıdır. Məsələn, bu şəkildə gördüyünüz kimi, əgər biz sonuncu şam ərəfəsində satış əməliyyatı həyata keçirməli olsaydıq, o zaman stopumuz cari ATR göstəricisi x 2, yəni 200 olmalı idi.

389266 233928336713067 1512403862 n

Son xəbərlər
Digər xəbərlər