9 C
Baku
Wednesday, November 6, 2024

“Aviabiletlərin qiyməti turistlərin sayının artırılmasında böyük çətinliklər yaradır”

“Getmə turizmin inkişafına mənfi təsir edən bəzi amillər sırasında aviabiletlərin qiymətinin yüksək olmasıdır”.

Bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir illik fəaliyyətinə həsr edilmiş tədbirdə çıxış edən ATAA-nın Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov deyib.

Şaiq Məmmədov bildirib ki, biletlərin qiyməti pandemiyadan sonra daha da artıb:

“Bu gün aviabiletlərin qiymətinin yüksək olması, təəssüf doğurmaya bilməz. Mən xüsusilə koronavirus pandemiyasından sonra biletlərin qiymətinin daha da artmasına diqqət çəkmək istərdim. Pandemiyadan əvvəlki dövrə nəzər salsaq, hazırkı qiymətlərdə kəskin artım açıq-aşkar müşahidə olunur. Bu məsələ də turistlərin sayının artırılmasında yerli turizm şirkətlərinə böyük çətinliklər yaradır”.

O deyib ki, turizm sahəsində ən çox narahat edən məsələlərdən biri vizaların verilməsi ilə bağlıdır:

“Avropa ölkələrinin viza müraciətlərinə nəzər yetirsək, bəzi ölkələrin digərlərinə nisbətdə daha çətin viza verdiyini müşahidə edə bilərik. Bir sıra hallarda lazımi sənədlərdən başqa, əlavə sənədlərin də tələb olunduğunun şahidi oluruq. Bəzən viza rüsumunun ödənilməsindən sonra, əlavə xidmət haqqı tutulur. Görüş günü ilə də bağlı sıxıntılar hələ də qalmaqdadır”.

Şaiq Məmmədov səfirliklərin də süni maneələr yaratdığını qeyd edib:

“Bəzi Şengen zonası ölkələrinin səfirliklərində görüş günü təyin etmək üçün sistem demək olar ki, bağlı olur. Görüş günü həftədə 1 dəfə, ayda 4 dəfə qısa müddətə günün öncədən bilinməyən saatında açılır. Bu isə görüş gününü təyin etmək istəyən turistlərdə çaşqınlıq yaradır. Bir sıra hallarda təhsil viza müraciətlərində tələbələr çətinliklə viza ala bilirlər. Bəzən isə səfirliklər hotelin ödənilmiş qəbzini tələb etməklə turizm agentlikləri və turistlər üçün problem yaradır”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər