3 C
Baku
Bazar, Noyabr 28, 2021

Aviaşirkət növbəti 4 ildə Ukrayna və Qazaxıstan bazarında böyük paya sahib olacağını düşünür

“Silk Way Holding”in törəmə aviaşirkəti “Silk Vey Vest Aviaşirkəti” MMC növbəti 4 ilə regionun nəhəng karqo şirkətinə çevrilməyi planlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə aviaşirkətin istiqrazların emissiya prospektinə dair hesabatında qeyd edilir.

Hazırda Azərbaycan bazarında karqo hava daşımasında 81.10% paya sahib olduğu qeyd edilir. 2025-ci ilin sonuna bu rəqəmin 95%-ə çatdırılması hədəf götürülüb.

Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyə, Ukrayna və Qazaxıstanda mühüm paya sahib olacağı 2025-ci il üçün olan planındadır. Məsələn, Türkiyədə hava arqo daşımalarda 6.1% paya sahib olan “Silk Vey Vest Aviaşirkəti” MMC, növbəti 5 ilə 14%, müfaviq olaraq, Ukraynada 46.5%-dən 55%-ə, Qazaxıstanda isə 20%-dən 40%-ə qədər yüksəldəcəyi planlaşdırılır.

“Silk Vey Vest Aviaşirkəti”in Azərbaycan Respublikası ərazisində və qlobal bazarda rəqabət apardığı əsas karqo aviasiya şirkətlərinin siyahısına “Polar Air Cargo”, “Altas Air”, “Cargolux”, “AirBridge Cargo”, “UPS Cargo”, “DHL Express”, “Kalitta Air” və digər aviaşirkətləri aid etmək olar.

“Hər bir rəqib yeni müştərilər cəlb etmək və bazar payını artırmaq üçün yeni karqo xidmətləri təklif edir və innovasiyanı dəstəkləyir” – deyə, açıqlamada deyilir.

 

Son xəbərlər
Oxşar xəbərlər
X