10 C
Baku
Wednesday, December 11, 2024

Aviaşirkət ödənişləri kriptovalyuta ilə qəbul etməyə başladı

Latviyanın “AirBaltic” şirkəti “Dogecoin” kriptovalyutası və bir sıra digər tokenlər qarşılığında bilet satışına başlayıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl “Dogecoin” kriptovalyutasını “Tesla” şirkətinin rəhbəri İlon Mask reklam edib.

2014-cü ildə “AirBaltic” bitkoinlərlə ödəniş qəbul edən dünyada ilk aviaşirkət olmuşdur. Hal-hazırda aviaşirkətin uçuşlarını “Dogecoin”, “Bitcoin Cash” və “Etherium” vasitəsilə ödəmək mümkündür.

Xidmət şirkətin veb-saytı vasitəsilə bilet alanlar üçün əlçatandır. Qiymətlər avroda göstərilir və ödəniş edərkən kriptovalyuta “BitPay” ödəmə sisteminin mövcud məzənnəsi ilə avtomatik olaraq konvertasiya edilir.

Beləliklə, “AirBaltic” GUSD, USDC, PAX və BUSD steybkoinləri daxil olmaqla cəmi səkkiz kriptovalyuta qəbul edir. Qeyd edək ki, “Dogecoin” kriptovalyutası 2013-cü ildə zarafat üçün yaradılmışdır.

Bu yaxınlarda “Tesla”nın qurucusu və rəhbəri İlon Mask “Dogecoin”ə maraq göstərmişdir. 2020-ci ilin dekabrında iş adamı sosial şəbəkədə “Doge” sözünü paylaşmışdır, nəticədə valyuta sürətlə bahalaşmağa başlamışdır.

2021-ci ilin mart ayında “Tesla” ödənişləri bitkoin ilə qəbul edəcəyini açıqlayıb. Hələki bu funksiya yalnız ABŞ sakinləri üçün əlçatandır.

Son xəbərlər
Digər xəbərlər