11 C
Baku
Monday, November 18, 2024

Aviaşirkətlər ilk üç rübə sərnişin daşınmasından 2.17 mlrd. manat gəlir əldə ediblər

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşınmasının həcmi illik müqayisədə illik müqayisədə 31 faiz artıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, 2023-cü ilin ilk üç rübü ərzində 2 milyon 170.5 min sərnişin daşınıb. 2022-ci ilin müvafiq dövründə 1 milyon 656.6 min sərnişin daşınmışdı. Cari ilin eyni dövründə sərnişinlərin 1 milyon 610.8 mini beynəlxalq reyslər və 559.7 mini isə ölkədaxili reyslər hesabına daşınıb.

Sərnişin daşınmasından aviaşirkətlərin gəlirləri 1 milyard 103.4 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə 853.6 mln. sərnişin daşınmadan gəlir əldə edilmişdi.

Beləliklə illik müqayisədə sərnişin daşınmasından gəlirlər 29.3 faiz yüksəlib.

Son xəbərlər
Digər xəbərlər