7 C
Baku
Saturday, April 19, 2025

Aviasiya hadisələrinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusu müəyyənləşib

Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya Nazirlər Kabineti tərəfindən yaradacaq.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında” imzaladığı Fərmanda əksini tapıb.

Aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması zamanı aidiyyəti şəxslərin adlarının, uçuş heyətinin səs yazılarının və həyata keçirilən uçuş əməliyyatının video yazılarının, o cümlədən aviasiya hadisəsinin araşdırılması ilə bağlı istənilən məlumatın məxfiliyinin qorunması və Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən aparılan cinayət təqibinə mane olmamaq şərtilə götürülmüş sübutedici sənədlərin, yazıların, komponentlərin ixtisaslaşmış ekspertizası aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya tərəfindən aparılacaq.

Pilotsuz uçuş aparatları ilə bağlı baş verən aviasiya insidentləri aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın müəyyən etdiyi hallarda araşdırılmayacaq.

Son xəbərlər
Digər xəbərlər