Azərbaycanda “Aviasiya haqqında” yeni qanun layihəsində təhlükəsizliyin gücləndirilməsi, icazələrin verilməsinin sadələşdirilməsi və şəffaflaşdırılması, hər kəs üçün bərabər imkanların yaradılması və ədalətli rəqabətin təmin edilməsi məqsədləri daha da gücləndirilib.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
O qeyd edib ki, layihədə aviasiya sahəsində dövlətin əsas məqsədi müəyyən edilib və dövlətin vəzifələrinə yeni müddəalar artırılıb.
“Hazırda qüvvədə olan “Aviasiya haqqında” qanun 2005-ci ildə qəbul olunub. Ötən 18 il ərzində avasiya sahəsində baş verən böyük texnoloji yeniliklər bu sahədə geniş tənzimləməyə ehtiyac yeni qanunun qəbul edilməsini şərtləndirib. Aviasiya sahəsi müasir dünyada ən sürətli inkişaf edən, dəyişən sahələrdən biridir. Aviasiya texnologiylarının inkişaf etdirilməsi həm iqtisadi, həm də təhlükəsizlik baxımıdan dövlətin gücünü artırır. Azərbaycan 2020-ci ildə bunu bütün dünyaya sübut edib”, – sədr deyib.
“Hazırda Azərbaycan ərazisində 8 beynəlxalq hava limanı fəaliyyətdədirr. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan hava nəqliyyatının səmərəliliyinə görə dünyada 12-ci yerdədir. Heydər Əliyev Beyəlxalq Aeroportu dünyanın ən yaxşı hava limanları sırasında lik 10-luqdadır. Hazırdan Bakıdan 33 ölkəyə 66 istiqamət üzrə uçuşlar həyata keçilir. Sərnişinləri “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə yanaşı, 39 xarici aviaşirkət daşıyır ki, onların da 17-si aşağı büdcəli aviaşirkətlərdir. Sərnişinlərin 40%-i AZAL-ın, 60 %-i isə xarici aviaşirlətlərin payına düşür”, – deyə o əlavə edib.