27 C
Baku
Saturday, July 27, 2024

Aviasiya şirkətlərindən biri AZAL-ın tərkibindən çıxarıldı

“Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tərkibindən çıxarılıb. Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.

Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Strukturu”nun “II. “Azərbaycan Hava Yolları” QSC-nin tabeliyində olan qurumlar” bölməsinin 1-ci hissəsi ləğv edilib.

“Azərbaycan Hava Yolları” QSC-yə bu qərardan irəli gələn məsələləri həll etmək göstərişi verilib.

Qərar “Azərbaycan Hava Yolları” QSC-nin Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər