31 C
Baku
Wednesday, July 24, 2024

Aviazərbələrə baxmayaraq, Ukrayna bankları adi rejimdə çalışır

“Ukrayna bank sistemi Rusiyanın aviazərbələrinə baxmayaraq, fəaliyyətini davam etdirir”.

Bu barədə Ukrayna Mərkəzi Bankı məlumat yayıb.

“Ukrayna Mərkəzi Bankı daima banklarla əlaqə saxlayır və onların normal fəaliyyət göstərmələri üçün lazımi bütün addımları atır. Bankların elektron ödəniş sistemi həmişəki kimi çalışır, pərakəndə satış müəssisələri nağdsız ödənişləri fasiləsiz qəbul edirlər”, – deyə Mərkəzi Bankın məlumatında bildirilir.

Bundan əlavə, Ukrayna Mərkəzi Bankı banklardan müştərilərə uzaqdan xidmət göstərməyi xahiş edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər