12 C
Baku
Sunday, November 17, 2024

Avqust ayı üzrə dünyanın ən pis pul vahidi seçildi

Monqolustanda yaşanan iqtisadi böhran ölkənin milli valyutasına öz təsirini göstərir.

Psm7.com xəbər verir ki, Monqolustanın milli valyutası tuqrik avqustda dollar qarşısında dəyərini 7,8 faiz itirib. Avqustun 16-na tuqrikin məzənnəsi 1 ABŞ dollarına qarşı 2,243.50 tuqrikədək aşağı düşüb. Bu ilin əvvəlindən isə tuqrik dəyərini 11 faiz itirib. Bununla əlaqədar olaraq tuqrik “Bloomberg” ekspertləri tərəfindən izlənilən 154 dünya valyutası arasında ən pis pul vahidi müəyyən olunub.

Enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi, Çində iqtisadi tənəzzülün baş verməsi, xarici investisiyaların səviyyəsinin azaldılması Monqolustanda miqyaslı iqtisadi böhrana səbəb olub.

AzerTag

Son xəbərlər
Digər xəbərlər