Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama verib.
Banker.az xəbər verir ki, ARDNF tərəfindən 2017-ci ilin avqust ayı ərzində 292,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu isə son 3 ayda ən aşağı göstəricidir.
Dövlət Neft Fondunu ilin 8 ayında ümumilikdə 2 milyard 232 milyon 500 min ABŞ dolları satıb.
Xatırladaq ki, ARDNF tərəfindən, yanvar ayı ərzində – 285 mln. USD, mart ayı ərzində 250 milyon USD, fevral ayı ərzində – 258,4 mln. USD, aprel ayı ərzində – 220,8 mln. USD, may ayı ərzində 300,3 mln. ABŞ dolları, iyun ayı ərzində 373,2 milyon ABŞ dolları və iyul ayı ərzində 253,2 milyon ABŞ dolları satılmışdı.
USD/AZN Məzənnəsi avqust ayı üzrə
| 01.08.2017 | 1.7009 |
| 02.08.2017 | 1.7008 |
| 03.08.2017 | 1.7008 |
| 04.08.2017 | 1.7008 |
| 07.08.2017 | 1.7008 |
| 08.08.2017 | 1.7008 |
| 09.08.2017 | 1.7007 |
| 10.08.2017 | 1.7007 |
| 11.08.2017 | 1.7007 |
| 14.08.2017 | 1.7007 |
| 15.08.2017 | 1.7007 |
| 16.08.2017 | 1.7008 |
| 17.08.2017 | 1.7008 |
| 18.08.2017 | 1.7008 |
| 21.08.2017 | 1.7008 |
| 22.08.2017 | 1.7008 |
| 23.08.2017 | 1.7009 |
| 24.08.2017 | 1.7009 |
| 25.08.2017 | 1.7009 |
| 28.08.2017 | 1.7009 |
| 29.08.2017 | 1.7009 |
| 30.08.2017 | 1.7010 |
| 31.08.2017 | 1.7010 |







