17 C
Baku
Friday, October 18, 2024

Avqust ayında nəqliyyat vasitəsinə dəyən zərər artıb

Banker.az xəbər verir ki, 2015-ci avqust ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 483 sığorta tələbi üzrə 1,9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olmuşdur.

isbture

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 20,4%, sığorta ödənişlərinin məbləğində isə 19,8 % azalma müşahidə edilmişdir.

2015-ci avqust ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 213 manat  təşkil etmişdir.

Avqust ayında İcbari Sığorta Bürosu tərəfindən 10 kompensasiya tələbi üzrə 34 263 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.

Son xəbərlər
Digər xəbərlər