Banker.az xəbər verir ki, 2015-ci avqust ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 483 sığorta tələbi üzrə 1,9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olmuşdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 20,4%, sığorta ödənişlərinin məbləğində isə 19,8 % azalma müşahidə edilmişdir.
2015-ci avqust ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 213 manat təşkil etmişdir.
Avqust ayında İcbari Sığorta Bürosu tərəfindən 10 kompensasiya tələbi üzrə 34 263 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.