27 C
Baku
Saturday, July 27, 2024

Avqusta benzin və dizelin YDM-lərdə satışı kəskin artıb

Azərbaycanda ilin geridə qalmış səkkiz ayı ərzində yanacaq doldurma məntəqələrində əhalinin avtomobil yanacağının alışı ₼1.33 milyard olub.

Bu öncəki ilin eyni dövrü ilə müqayisədə 0.5% azalma olması deməkdir. Yəni, bu il karantinin tətbiqi, paytaxtdan rayonlara, və ya rayonlar arası ictimai nəqliyyatın daşınmasında martdan bu tərəfə qoyulan məhdudiyyətlər yanacaq istehlakına bir o qədər böyük təsir etməyib.

Bir çox müddətlərdə ölkədə əsas yanacaq istehlakının olduğu Bakı və Sumqayıtda COVID-19 epidemiyasının genişlənməsinə əngəl üçün tətbiq edilən SMS icazələrdən sonra Dövlət Statistika Komitəsi 0.5 faizlik bir azalma olduğunu bildirib.

Amma, son ayda artım var

Lakin, aylar üzrə nəzər saldıqda məlum olur ki, avqust yenidən avtomobil benzini və dizelinin əhali tərəfindən alışında ilin 3-cü ən böyük ayına çevrilib. Məsələn, avqustda Azərbaycanda benzin və dizel yanacağının istehlakı həcmi ₼179.1 mln. olub. Qeyd edək ki, bu 2020-ci ildə may və iyun aylarından sonra ən böyük göstərici olması deməkdir.

Xatırladaq ki, ən az avtomobil yanacağının istehlakı apreldə (₼144 mln) qeydə alınmışdı.

46049482 10216590030158922 7964939090049105920 n 1

Son xəbərlər
Digər xəbərlər